Futbolçu üzündən ciddi zədə aldı

  • Dünən, 15:33

"Karlayl Yunayted”in hücumçusu Lyuk Armstronq İngiltərənin 5-ci divizionunun ilk turunda “Uokinq”lə oyunda (2:0) üzündən ciddi zədə alıb.

Sportlife.az xəbər verir ki, forvard topu rəqib qapısına doğru yönəltmək istəyərkən, qolkiper Kreyq Ross dirsəkləri ilə onun üzünə zərbə endirib.

Daha sonra "Karlayl" sosial şəbəkədə Armstronqun klub avtobusundan şəklini yayımlayıb. Fotoda forvardın üzündə çapıqlar olduğu aydın görünür.


Paylaş: