Hakan Çalhanoğlunun transferi qışa qaldı

  • Dünən, 12:53

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya klubunu tərk edə bilər.

Sportlife.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Qalatasaray" maraqlanır. Tərəflər artıq oyunçunun yayda mümkün transferi ilə bağlı danışıqlar aparsalar da, mümkün keçidi qışa təxirə salıblar. Türkiyə klubunun yarımmüdafiəçi üçün 10 milyon avro ödəyəcəyi gözlənilir.

Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. 2024/25 mövsümündə yarımmüdafiəçi 47 matçda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.


Paylaş: