Luis Enrike əməliyyat olundu

  • Dünən, 17:10

PSJ-nin baş məşqçisi Luis Enrike əməliyyat olunub.

Sportlife.az xəbər verir ki, bir neçə gün əvvəl ispaniyalı mütəxəssisin velosipeddən yıxılaraq körpücük sümüyünü sındırdığı açıqlanmışdı.

“PSG Report” 55 yaşlı çalışdırıcının uğurlu əməliyyat keçirdiyini və artıq sağalma prosesində olduğunu yazıb. 

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.


Paylaş: