Şevçenko ilə bağlı şok iddia

  • Dünən, 17:53

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkonun "Çelsi"nin yarımmüdafiəçisi Mixaylo Mudrikin dopinq işində dolayısı ilə əli ola bilər.

Sportlife.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisinə Ukrayna millisində kök hüceyrə vurulmasına icazə verən Şevçenko olub.

2024-cü ilin dekabr ayından Mudrik dopinq testinin müsbət çıxdığına görə "Çelsi"nin oyunlarından kənarlaşdırılıb: futbolçunun bədənində Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.

Mudrik 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi "mavilər"in heyətində bütün turnirlərdə 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.


Paylaş: