
Frank De Blekerə Rusiyada vəzifə verildi
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker növbəti dəfə Rusiya Futbol İttifaqının Prezidenti yanında Ekspert Hakimlər Komissiyasına daxil olub.
Sportlife.az xəbər verir ki, belçikalı sabiq FIFA referisi 2020-ci ilin iyunundan 2022-ci ilin martına qədər də bu vəzifədə çalışıb.
De Blekere 1998-ci ildə FIFA hakimi olub. O, 2006 və 2010-cu il dünya çempionatlarına, həmçinin AVRO-2004 və AVRO-2008-ə təyinat alıb.