"Hisslərimi ifadə etmək üçün düzgün söz tapa bilmirəm"

  • Bu gün, 19:49

İslandiya millisinin yarımmüdafiəçisi Hakon-Arnar Haraldsson 2024-cü il Avropa çempionatının pley-off matçında Ukraynaya məğlubiyyəti (1:2) şərh edib.

Sportlife.az xəbər verir ki, futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Bu, bizim üçün böyük məyusluqdur. Böyük yarışa o qədər yaxın idik: final turnirinə cəmi 45 dəqiqə qalmışdı. Hisslərimi ifadə etmək üçün düzgün söz tapa bilmirəm. Bu çox kədərlidir" - deyə Haraldsson bildirib.

 

Paylaş: