Hoylunddan unikal göstərici

  • 11 Fevral 2024, 22:30

Premyer Liqanın 24-cü turunun matçında "Mançester Yunayted" səfərdə "Aston Villa"ya qalib gəlib - 2:1.

Sportlife.az xəbər verir ki, qonaqların hücumçusu Rasmus Hoylund 17-ci dəqiqədə hesabı açıb. Danimarkalı ardıcıl 5-ci matçda qol vurub.

“Mançester Yunayted” (41 xal) bütün yarışlarda ardıcıl dördüncü qələbəsini qazanıb və Premyer Liqada altıncı pillədə qərarlaşıb. Aston Villa (46) turnir cədvəlində beşincidir.


Paylaş: