İngiltərə klubunda yeni müqavilə

  • Dünən, 11:05

"Bornmut" yarımmüdafiəçi Antuan Semenyonun müqaviləsini uzadıb.

Sportlife.az xəbər verir ki, yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Qanalı futbolçu ilə daha əvvəl "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" də maraqlanırdı.

Qeyd edək ki, ötən mövsüm Semenyo "Bornmut"un heyətində bütün yarışlarda 42 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: