"İnter"ə iki şad, bir bəd xəbər

  • Dünən, 14:33

"İnter"in futbolçuları Yann Bissek və Pyotr Zelinski zədələrini tamamilə sağaldıblar.

Sportlife.az xəbər verir ki, hər iki oyunçu komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Davide Frattesinin zədəsi isə hələ tam sağalmadığı üçün məşqlərə qatılmır.

"İnter" avqustun 25-də A Seriyasının ilk turunda "Torino" ilə doğma meydanda qarşılaşacaq.


Paylaş: