İsveçrə klubu baş məşqçisiylə yolları ayırdı

  • 8 Oktyabr 2024, 19:41

İsveçrənin "Yanq Boyz" klubu baş məşqçisiylə yolları ayırıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 55 yaşlı Patrik Rahmenin vəzifəsinə son verilib. Onu müvəqqəti olaraq U-21 komandasını çalışdıran Yoel Manyen əvəzləyəcək.

Xatırladaq ki, "Yanq Boyz" Çempionlar Liqasının pley-offunda "Qalatasaray"ı mübarizədən kənarlaşdıraraq əsas mərhələyə vəsiqə qazanmışdı.


Paylaş: