Karyerasına son verəcək
"Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda məşqçilik karyerasını başa vuracağını açıqlayıb.
Sportlife.az xəbər verir ki, 73 yaşlı mütəxəssis RAI Sport kanalına verdiyi müsahibədə bildirib:
"Klub komandanı İtaliya və Avropa futbolunun elitasına çıxara biləcək yeni məşqçi axtaracaq. Bu mövsümün sonunda məşqçiliyi dayandıracam. Artıq "Bəsdir" deməyin vaxtıdır".
Klaudio Ranyeri noyabr ayından "Roma"ya rəhbərlik edir və o vaxtdan komanda 11 oyunda 5 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət alıb. Hazırda "Roma" A Seriyasının turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.