Bundesliqanın ən yaxşısı oldu
Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub.
Sportlife.az xəbər verir ki, bu, Leverkuzen “Bayer”inin hücumçusu Florian Virtsdir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Virts ötən ay çempionatda 3 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
Alman hücumçu səsvermədə Yozua Kimmix, Camal Musiala (hər ikisi “Bavariya”), Mitçell Vayzer (“Verder”), Nika Voltemad (“Ştutqart”) və Paul Nebeli (“Maynts”) üstələyib.