Superliqa klubunu çalışdıracaq

  • Dünən, 13:11

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer yenidən baş məşqçi kimi fəaliyyət göstərəcək. 

Sportlife.az xəbər verir ki, o, "Beşiktaş"la anlaşıb.

Norveçli mütəxəssisin bu gün İstanbulda olacağı bildirilib. 51 yaşlı məşqçi ilə 1.5 illik müqavilə imzalanacğı gözlənilir.

Qeyd edək ki, 2018-2021-ci illərdə "Mançester Yunayted"i çalışdıran Sulşer "Molde" və "Kardiff"in də baş məşqçisi olub. O, 3 ildir ki, UEFA-da oyun analitiki kimi çalışır.


Paylaş: