Müqaviləsini yenilədi

  • Dünən, 14:57

"Mançester Siti" hücumçusu Erlinq Haalandla müqavilə müddətini artırıb.

Sportlife.az xəbər verir ki, norveçli 2034-cü ilə qədər Mançester klubunun formasını geyinəcək.

24 yaşlı forvardın müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi. Yeni müqaviləyə əsasən Haaland daha yüksək maaş alacaq. 

Xatırladaq ki, Erlinq bu mövsüm bütün turnirlərdə 28 matça çıxıb, 21 qol vurub və 1 asist edib. 

O, "Brüne", "Molde", "Zaltsburq", "Borussiya"(Dortmund) klublarında oynamışdı.


Paylaş: