"Liverpul"u "Atletiko"ya dəyişir

  • Bu gün, 11:35

"Liverpul"un müdafiəçisi Endryu Robertson karyerasını "Atletiko"da davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 31 yaşlı futbolçu artıq Madrid klubuna keçməyə razılıq verib.

İddiaya görə, şotlandiyalı Avropa komandalarından birində elit səviyyədə çıxışını davam etdirmək və Çempionlar Liqasında oynamaq istəyir. Robertson Miloş Kerkezin "Liverpul"a keçməsindən sonra komandanı tərk etmək qərarını qətiləşdirib.

Robertsonun "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.


Paylaş: