
Mahirin sabiq komanda yoldaşı vətəndaşlığını dəyişdi
Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Yens Kastrop idman vətəndaşlığını dəyişib.
Sportlife.az xəbər verir ki, atası alman, anası koreyalı olan futbolçu Cənubi Koreya yığmasında çıxış edəcək.
22 yaşlı futbolçu daha əvvəl Almaniyanın gənclər millisində 4 oyun keçirib. O, 2025-ci il iyulun 1-də “Borussiya” ilə müqavilə imzalayıb. Daha əvvəl “Nürnberq” və “Köln” klublarında çıxış edib.
Kastrop ötən mövsüm "Nürnberq"də Mahir Emreli ilə komanda yoldaşı olub.