Mayın ən yaxşı futbolçusu seçildi

  • Bu gün, 10:07

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Kefren Tyuram A Seriyasında may ayının ən yaxşı oyunçusu seçilib.

Sportlife.az xəbər verir ki, fransalı futbolçu ay ərzində 3 çempionat oyunundan yalnız ikisində meydana çıxıb. O, "Bolonya" ilə matçda(1:1) qol vurub, eyni zamanda "Latsio"ya qarşı (1:1) bütün oyunu meydanda keçirib.

Kefren səsvermədə "Milan"dan Aleks Ximenesi, "Roma"dan Manu Koneni, "Atalanta"dan Ademola Lukmanı, "Napoli"dən Skott MakTomineyi və "Bolonya"dan Rikkardo Orsolinini qabaqlayıb.

Bu oyunçular "Hawk-Eye" sistemi tərəfindən qeydə alınmış izləmə məlumatlarından istifadə edilməklə yaradılmış təkmil "Stats Perform" analizi vasitəsilə seçilib.


Paylaş: