Mbappe Ronaldonu geridə qoydu

  • Bu gün, 13:13

"Real Madrid"in və Fransa yığmasının hücumçusu Kilian Mbappe "kral klubu"nda ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.

Sportlife.az xəbər verir ki, 26 yaşlı fransız La Liqanın 28-ci turunda “Vilyarreal”la oyunda 17 və 23-cü dəqiqələrdə dubl edib.

Bu zərbələr Mbappe üçün bu mövsüm bütün yarışlarda 30-cu və 31-ci zərbə idi. Qol yarışında o, "Barselona"nın hücumçusu Robert Levandovski ilə yaxınlaşır . Hazırda Mbappenin 20, polşalının 21 qolu var.

"Seramika" stadionunda keçirilən "Vilyarreal" - "Real" matçı madridlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mbappenin dublu ilə yanaşı, 7-ci dəqiqədə meydan sahiblərinin argentinalı müdafiəçisi Xuan Foyt da fərqlənib.


Paylaş: