
"Şamaxı"da Ayxan Abbasov qərarı - RƏSMİ
“Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, tərəflər arasında bağlanılan yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.
44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən "şirlər"in sükanı arxasındadır.
Ayxan Abbasov 21 yaşadək Azərbaycan milli komandasının da baş məşqçisidir.
Qeyd edək ki, "Şamaxı"nın Ayxan Abbasovla müqavilə yeniləyəcəyini ilk dəfə Sportlife.az yazmışdı.