Komandasını çirkin ördək balasına bənzətdi

  • Bu gün, 12:33

"Fluminense"nin baş məşqçisi Qauço Qauço öz komandasını klublararası dünya çempionatının iştirakçıları arasında çirkin ördək balasına bənzədib.

Sportlife.az xəbər verir ki, mütəxəssis 1/4 finalın “Əl-Hilal”la oyunundan əvvəl digər iştirakçılarla müqayisədə komandasının elə də maliyyə imkanlarının olmadığını bildirib.

"Biz bu sehrli anı "Fluminense" ilə yaşayırıq. Dünyanın ən yaxşı komandaları arasında yarımfinalda oynamaq imkanımız var. Belə bir fürsətin bir daha nə vaxt gələcəyini bilmirəm. 1/4 finaldakı komandalarla müqayisədə "Fluminense" ən azı maliyyə baxımından sanki çirkin ördək balasıdır.

Büdcə məsələsində müəyyən çətinliklərimiz  olduğunu gizlətmirəm. Ona görə də “Əl-Hilal”la fərqimiz var. Meydandan kənarda onların maliyyə şərtləri fərqlidir, meydanda isə hər şey başqadır”.

“Fluminense” və “Əl-Hilal” arasında oyun bu gün saat 23:00-da başlayacaq.


Paylaş: