
"Atletiko"nu "Betis"ə dəyişdi
"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo Rikelme "Betis"ə keçib.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 5 mövsümlük müqavilə imzalanıb.
Madrid klubunun yetirməsi olan Rikelme bu komandanın heyətində 75 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Dəyəri 12 milyon avrodur.