
Yapon futbolçu ilə yollar ayrıldı
"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu klubdan ayrılıb.
Sportlife.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Yaponiyalı futbolçu 2021-ci ildən londonluların şərəfini qoruyurdu. O, 84 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Zədə səbəbindən müdafiəçi ötən mövsüm cəmi 1 matçda iştirak edib.