"Fənərbağça"dan məşhur futbolçuya təklif

  • Bu gün, 18:07

İspaniyalı yarımmüdafiəçi Marko Asensio bu yay PSJ-ni tərk edəcək.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirsə də, Birmingem klubu onun xidmətində maraqlı deyil.

Asensio PSJ-nin baş məşqçisi Luis Enrikenin də planlarında yer almır.

İddiaya görə, "Fənərbağça" futbolçunun transferi üçün PSJ-yə 15 milyon avro təklif edib. Asensio özü isə hələlik başqa təklifləri gözləmək istəyir. Onun xidmətində "Milan" və "Vilyarreal" da maraqlıdır.


Paylaş: