
Roxo Messinin komandasına keçir
Müdafiəçi Markos Roxo "Boka Xuniors"dan ayrılmağı planlaşdırır.
Sportlife.az xəbər verir ki, 35 yaşlı argentinalı "İnter Mayami" ilə müqavilə imzalaya bilər. Klub rəhbərliyi tərəflərin qarşılıqlı razılığı ilə futbolçunun ayrılacağını gözləyir.
Qeyd edək ki, Roxo 2021-ci ildən "Boka Xuniors"un heyətində çıxış edir və müqaviləsi bu ilin dekabrında bitir. O, ötən mövsüm 13 matçda 1 qol vurub.