Babək Quliyev Konfrans Liqasında

  • Bu gün, 18:50

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyada “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də keçiriləcək.


Paylaş: