Debütant Bakını seçdi

  • Dünən, 18:33

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" futbol klubunun yay hazırlıq planı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.

"İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.


Paylaş: