"İnter" kolumbiyalı futbolçu ilə maraqlanır

  • Bu gün, 13:50

"İnter" "Palmeyras"ın yarımmüdafiəçisi Riçard Riosu transfer etməkdə maraqlıdır.

Sportlife.az xəbər verir ki, 24 yaşlı kolumbiyalının klublararası dünya çempionatındakı çıxışı İtaliya klubunu heyran edib.  Futbolçu ilə "Milan" və "Roma" da maraqlanır.

 Rios üçün PSJ 30 milyon avro təklif etsə də, rədd cavabı alıb. Hətta "Portu" (təxminən 22 milyon avro) və "Vest Hem"in (25 milyon avro) təklifləri də nəticə verməyib.

 Ötən mövsüm Rios "Palmeyras"ın heyətində 34 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.


Paylaş: