
Aqollidən "Qarabağ"la bağlı təsirli paylaşım
“Qarabağ”la son oyunumu keçirməyimdən artıq 6 il keçir. Bu böyük kluba verdiyim töhfəyə görə qürur duyuram".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli sosial şəbəkə hesabında paylaşıb.
Albaniyalı veteran müdafiəçi hələ də keçmiş komanda yoldaşları, məşqçiləri və klub üzvlərindən hər gün sevgi və təşəkkür mesajları aldığını bildirib: "Sevimli "Qarabağ" azarkeşləri mənə hər gün yazırlar. Mənə bəxş etdikləri bütün gözəl xatirələrə, qiymətə və sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Unutmamışam və heç vaxt unutmayacağam. Mən səni sevirəm, "Qarabağ".
Qeyd edək ki, Ansi Aqolli 2011-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.