Cüdoçularımızdan daha 2 medal

  • Dünən, 11:37

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası daha 2 medal qazanıb.

Sportlife.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və 44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.

Bununla, milli təmsilçilərinin Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha Azərbaycan 5 cüdoçusu tatamiyə çıxacaq.


Paylaş: