Rövşən Nəcəfin krallıq əlamətləri

  • Bu gün, 13:31

AFFA-ya prezident seçildiyi ilk gün "Mən kral deyiləm" ifadəsi ilə iddialı bir fərqlilik mesajı verən Rövşən Nəcəf son dönəmlərdə AFFA-nın icra strukturunu SOCAR-ın inzibati binasına köçürməklə faktiki olaraq krallara yaraşan tərzdə qərarları öz sarayında qəbul etməyə üstünlük verdiyini göstərir.

AFFA-nın öz inzibati binası var. Bəs niyə iclas AFFA-da deyil, SOCAR-ın binasında keçirilir? Bu, simvolik bir mesajdır, yoxsa "yeni kral" futbola görə öz sarayını tərk eləməyi vaxt itkisi hesab edir?

Futbolun idarəetmə qərarları SOCAR-ın inzibati divarlarında alınırsa, bu heç də futbol adına xoş xəbər deyil. Nəcəfin “krallıq” iddiası olmadığını bildirməsi fonunda baş verənlər tamamilə başqa bir tablonun cızıldığını göstərir. Krallıq fiziki taxt-tacdan ibarət deyil ki...

Mirələm HƏSƏNLİ 


Paylaş: