"Barselona"da itki: 2 ay oynamayacaq

  • Bu gün, 17:34

"Barselona" yarımmüdafiəçisi Mark Kasadonun zədəsinin təfərrüatlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, bu gün səhər futbolçu əlavə müayinələrdən keçib və nəticədə onun sağ dizinin bağlarında qismən qopma aşkarlanıb.

21 yaşlı oyunçu təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm Kasado 36 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: