"Qalatasaray" ulduz futbolçuya "elçi düşdü"

  • Bu gün, 14:10

"Qalatasaray" səs-küylü transferə imza atmaq istəyir.

Sportlife.az xəbər verir ki, "sarı-qırmızılar" "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Leroy Sane üçün cəhdlərə başlayıb.

Klub 29 yaşlı sağ cinah oyunçusunu transfer etmək üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır.

Sane bu mövsüm Bundesliqada 22 matçda 7 qol vurub.


Paylaş: