
"Fənərbağça"da daha bir qalmaqal
"Fənərbağça"da baş məşqçi Joze Mourinyo ilə futbolçular arasında "soyuq müharibə" gedir.
Sportlife.az xəbər verir ki, Alan-Sent Maksimenlə problem yaşayan portuqaliyalı mütəxəssisin Yussef En-Nesiri ilə də münasibətləri korlanıb.
İddiaya görə, mərakeşli hücumçu sosial şəbəkə hesabında Mourinyonu izləmədən çıxarıb.
Forvardın bu addımı hansı səbəbdən atdığı hələlik bəlli deyil.