
Fərəcullayev baxır, foto danışır
AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayev yenidən federasiyasının fotoqrafının obyektivinə tuş gəlib. Bu dəfə də sakit, statik baxışları ilə... Maraqlıdır, bu, strateji sakitlikdir, yoxsa mücərrəd bir müşahidə instinkti?
Fərəcullayev ilk dəfə U-21-in düşərgəsində olub. Fotoda Sərxan Hacıyev danışır, Fərəcullayev isə baxır. Foto da danışır...
Cahangir bəyin veteranlara forma paylama mərasiminlərindəki baxışları yaddaşımızda təzədir. İndi isə milli üzvlərinə uğur arzulayan baxış. Hacıyev danışır, Fərəcullayev dinləyir. Yoxsa, fotoda sadəcə mövqe tutur?
Sual çoxdur, cavab isə hələ ki, baxışlarda gizlidir. Bəlkə də AFFA-nın yeni strategiyası budur: danışmaq yox, baxmaq!
Baxışlar bəzən sözlərdən daha çox mesaj verir – əlbəttə, şifrəsini aça bilsən…
Mirələm HƏSƏNLİ