
"Liverpul" onu gözləyir
"Liverpul" "Bayer"in və Niderland millisinin müdafiəçisi Ceremi Frimponq ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, futbolçu müntəzəm olaraq Arne Slootla əlaqə saxlayır.
O, yayda İngiltərə klubuna keçə bilər. "Bayer" müdafiəçisinə təxminən 40 milyon avro qiymət qoyub. Onun müqaviləsi 2028-ci ilə qədərdir.
"Liverpul" Frimponqa Trent Aleksander-Arnoldun mümkün əvəzləyicisi kimi baxır.