Millimiz Bakıda sonuncu oldu

  • Bu gün, 14:59

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.

Sportlife.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma son matçında Malta ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edib.

Qrupun digər oyununda Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə üstələyib. Bununla da bolqarlar 6 xalla qrup qalibi olub. Azərbaycan komandası isə 3 xalla sonuncu yeri tutub.


Paylaş: