
Berdiyevin maaşı nə qədərdir? - Müqavilənin gizli detalları
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin Premyer Liqanın ən çox maaş alan mütəxəssislərdən biri olduğu deyilir. Rəqəmi konkretləşdirmək istəsək də, klubdan bu məlumatın konfidensial olduğu bildirildi.
Sportlife.az-ın əldə etdiyi məlumata görə isə Berdıyevin maaşının bir hissəsini klub, qalan hissəsini isə "Huner Group" ödəyir.
Belə ki, Berdıyevin AFFA-ya göstərilən müqaviləsində illik 300 min dollar qazandığı qeyd olunub. O, ilinə 550 min dollar da "Huner Group"dan alır.