
Millidə ciddi itki
Fransa millisi aparıcı futbolçusu Markus Turamı itirib.
Sportlife.az xəbər verir ki, 27 yaşlı hücumçu topuğundan zədə alıb. Forvard bu səbəbdən Milliətlər Liqasının Xorvatiya ilə pley-off oyunlarını buraxacaq.
Birinci görüş martın 20-də, ikinci qarşılaşma isə martın 23-də reallaşacaq.