"Barselona"da yeni müqavilə
"Barselona" mərkəz müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, futbolçu ilə 2031-ci ilin yayınadək, yəni 5 illik yeni sözləşmə imzalanıb.
İmzalanma mərasimi dekabrın 11-də "Barselona"nın idarə heyətinin zalında baş tutacaq.
Qarsiya karyerasına "Barselona" və "Mançester Siti"də başlayıb. O, 2021-ci ilin yayında Kataloniya klubuna qayıdıb. 24 yaşlı futbolçu bu mövsüm 20 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Qarsiya İspaniya milli komandasında 19 dəfə meydana çıxıb.