"Səbail"də həqiqətlərin bədəli

  • Bu gün, 10:32

Cavid Hüseynov danışdı və göndərildi. Çünki Azərbaycan futbolunda həqiqətləri dilə gətirmək futbolun "görünməz qaydaları"nı pozmaq deməkdir və bu, bağışlanmazdır.

Hüseynov "Səbail"in yiyəsiz olduğunu dedi və görünür, məhz bu ifadə klubun rəhbərliyinə bıçaq kimi batdı.

Hüseynov klubun pərdəarxasında baş verənləri dilə gətirdi və bunun nəticəsi gözlənilən oldu - İSTEFA!

O, açıq şəkildə bildirdi ki, "Səbail"in problemi Cavid Hüseynov deyil. Amma futbolda həqiqətləri dilə gətirmək qırmızı xətti keçməkdir...

 "Səbail" idarəçilik boşluğunda çabalayır. Sistem yoxdursa, nəticə də olmur. Nəticə yoxdursa, həmişə məsuliyyət bir nəfərin çiyninə yüklənir...

Mirələm HƏSƏNLİ 


Paylaş: