"Trabzonspor"da qeyri-müəyyənlik

  • Bu gün, 18:43

Türkiyənin “Trabzonspor” komandasının futbolçusu Hüseyn Türkmənin durumuna aydınlıq gəlib.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın “Başakşəhər”lə keçirilən 28-ci tur oyununda meydanı erkən tərk etmək məcburiyyətində qalan müdafiəçinin yuxarı ön əzələsində problem aşkarlanıb.

27 yaşlı futbolçunun yaşıl meydanlara hansı tarixdə qayıdacağı məlum deyil.


Paylaş: