
"Qarabağ"ın sabiq qapıçısı üçün 1 milyon
"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili yayda klubunu dəyişəcək.
Sportlife.az xəbər verir ki, hazırda Yunanıstanda "Panserraikos"un formasını geyinən gürcüstanlı qapıçı PAOK-la anlaşıb.
Soloniki təmsilçisi 25 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb. Quqeşaşvili yeni komandasına mövsümün sonunda qoşulacaq.
PAOK təcrübəli oyunçu üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.
Quqeşaşvili "Qarabağ"da 2022-ci ildən 2024-cü ilin yayınadək çıxış edib.