
Cavid Hüseynov istefaya göndərildi
Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilir.
Rəhbərlik mütəxəssisə indiyədək göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Cavid Hüseynov "Səbail"ə 2024-cü il noyabrın 12-də baş məşqçi təyin olunub. Bu gün Azərbaycan Premyer Liqasında keçirdiyi XXVII turun oyununda klub öz meydanında "Neftçi"yə uduzub - 1:2. Hazırda Bayıl təmsilçisi 18 xalla sonuncu pillədə yer alıb və 9-cu yerdə gedən "Kəpəz"dən 5 xal geri qalır.