
Məşhur futbolçu 9 dəqiqəyə meydandan qovuldu
Hazırda “Kolo-Kolo”da çıxış edən Arturo Vidal növbəti dəfə intizamsızlığı ilə diqqət çəkib.
Sportlife.az xəbər verir ki, çilili futbolçu Libertadores Kubokunun qrup mərhələsinin V turunun "Rasinq"lə matçında (4:0) 9 dəqiqəyə meydandan qovulub.
Yarımmüdafiəçi matçın 54 və 63-cü dəqiqələrində sarı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Qeyd edək ki, 5 turdan sonra “Rasinq” 10 xalla E qrupuna başçılıq edir. “Kolo-Kolo” isə 2 xalla sonuncudur və pley-offa çıxmaq şansını itirib.