Konseysaunun məğlubiyyət şərhi

  • Bu gün, 15:55

"Milan"ın baş məşqçisi Serxiu Konseysau İtaliya Kubokunun finalında "Bolonya"ya məğlubiyyəti (0:1) şərh edib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis birinci hissənin balanslı keçdiyini bildirib:

"Bir neçə qol şansımız oldu və belə oyunlarda önə keçmək vacibdir. Etiraf edirəm ki, ikinci hissədə daha çox şey edə bilərdik. Sadəcə, "Bolonya" qolda bir qədər şanslı idi. Buna baxmayaraq onlar kuboku qazanmaq üçün çox çalışdılar".


Paylaş: