
Vardidən "davam" qərarı
"Lester"in hücumçusu Ceymi Vardi karyerası ilə bağlı qərar verib.
Sportlife.az xəbər verir ki, 38 yaşlı forvard futbolla vidalaşmayacağını bildirib.
O, “Sky Sports”a müsahibəsində yüksək səviyyədə çıxışını davam etdirə biləcəyinə inandığını bildirib: "Futbol çılğın bir dünyadır. Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Ayaqlarım dayanmağımı söyləyənə qədər davam edəcəm".