
Finalın biletləri satışda
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Bu barədə Sportlife.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
Mayın 31-də, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkün olacaq.
Matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.