
Simons son qərarını verdi
Yarımmüdafiəçi Xavi Simons yayda "Leypsiq"dən ayrılacaq.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçunun qərarı ilə bağlı kluba məlumat verilib.
Qeyd olunub ki, Simons "Barselona"da oynamaq arzusundadır. Lakin onun yayda bu kluba keçmək ehtimalı azdır.
Yarımmüdafiəçi ilə "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Bavariya"da maraqlanır.
Simonsun "Leypsiq"lə müqaviləsi 2027-ci ilin yayında bitir.