
"Milan" istəmədi, İngiltərəyə köçür
Müdafiəçi Davide Kalabria karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, italiyalı futbolçu ilə "Kristal Pelas" maraqlanır. Müdafiəçi ötən mövsüm "Bolonya"dakı çıxışı ilə ingilis klubunun diqqətini cəlb edib. Futbolçu hazırda azad agentdir.
Ötən mövsüm Kalabriya "Milan"dan "Bolonya"ya icarəyə verilmişdi. O, 27 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.