
"Qalatasaray" "Napoli" ilə anlaşa bilmir
"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Türkiyədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, nigeriyalı futbolçu ötən mövsümü icarə əsasında keçirdiyi "Qalatasaray"la anlaşıb.
İtaliya klubu ilə danışıqlar isə davam edir. Neapol təmsilçisi 26 yaşlı forvard üçün 60 milyon avro tələb edir.
"Qalatasaray" isə qarşı tərəfə 50 milyon avro və 5 milyon bonus təklif edib.